Azərbaycanlı vəkillər Rusiyada tətif olunub

azerbaycanli-vekiller-rusiyada-tetif-olunub
Oxunma sayı: 1039


 “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir həmçinin 19-20-ci əsrlərdə yaşamış görkəmli rusiyalı vəkil Fyodr Nikiroviç Plevako adına 16-ci ali vəkil mükafatlarının təqdimetmə mərasimi ilə yadda qalıb.

Qeyd edək ki, konfransda ölkəmizi Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov və Vəkillər Kollegiyası Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov təmsil ediblər. Belə ki, ölkəmizi təmsil edən hər iki vəkil fəxri fərman ilə təltif olunublar.

Tədbirdə çıxış edən Anar Bağırov vəkil peşəsinin insan hüquqlarının səmərəli müdafiəsində əhəmiyyəti və bu peşənin məziyyətlərini xüsusilə qeyd edərək tədbirin təşkilatçılarına onlara verdikləri yüksək qiymətə görə öz təşəkkürünü bildirib, Azərbaycan və Rusiya vəkilliyi arasında formalaşmış peşəkar və səmimi əməkdaşlıq münasibətlərinin bundan sonrakı inkişafına dair əminliyini ifadə edib.