Azərbaycanlıların çantasından 17 kilo heroin tapıldı - Dəyəri 1 milyon manat

azerbaycanlilarin-cantasindan-17-kilo-heroin-tapildi
Oxunma sayı: 1718

Türkiyənin Tokay əyalətində sərnişin avtobusunda azərbaycanlılara aid 17 kiloqram 421 qram heroin ələ keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtobusun baqajına baxış keçirilən zaman idman çantasının içərisində 17 paket 8 kiloluq narkotik vasitə aşkarlanıb. 

Çantanın azərbaycanlı A.M və T.N-ə aid olduğu məlum olub. 

Ələ keçirilən heroinin bazar qiymətinin 3 milyon TL (təxminən 1 milyon 400 min AZN) olduğu qeyd edilir.