Azercell qiyməti aşağı saldı

azercell-qiymeti-asagi-saldi
Oxunma sayı: 3349


Bu tarif 0.32AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.

İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.

 

MDB və Baltikyanı ölkələr

 0.37 AZN

0.32 AZN

 

İran, Türkiyə

 0.43 AZN

0.32 AZN

 

Avropa, Amerika qitəsi ölkələri və b.

 0.50 AZN

0.32 AZN

 

Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə bizim xidmətlərdən istifadə edə bilərlər.

Azercell Telekom, həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən eksklüziv endirim zonasından istifadə etməyi sizə təklif edir. Burada siz bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng edə bilərsiniz.

Qeyd etmək istərdik ki, ölkənin bütün mobil operatorlarının şəbəkəsində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və həmçinin Tarif Şurası tərəfindən irəli sürülüb.