““Azercell” “Vodafonu” almayacaq” - “AzInTelecom” təkzib etdi

azercell-vodafonu-almayacaq
Oxunma sayı: 1913

“AzInTelecom” MMC bu gün “tech.liga.net” və digər saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” başlıqlı yazıya münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumatda bildirilir:

“AzInTelecom” MMC  bəyan edir ki, bu gün bir sıra saytlarda “Azercell Telekom” MMC-nin Ukraynanın “Vodofone Ukrain” şirkətini almağa hazırlaşdığı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. 

Məqalədə qeyd edilən məlumatlar fərziyyələrə əsaslanır və oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Həmçinin peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən əvvəl məsələ ilə bağlı nə “Azercell Telekom” MMC-nin, nə də “AzInTelecom” MMC -nin rəsmi mövqeyi soruşulmayıb və heç bir dəqiqləşdirilmə aparılmayıb.

Sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik".