Azercelldə Səbinə Babayeva ilə görüş keçirilib

azercellde-sebine-babayeva-ile-gorus-kecirilib
Oxunma sayı: 650

Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə bu nüfuzlu mahnı müsabiqəsinin Bakıda keçirilməsindən və Azercell-in də bu yarışmanın bir hissəsi olmasından qürur duyduğunu bildirib. O, həmçinin, ölkəmizin təmsilçisi kimi məhz “Azercell-lə Yaşa, Daha Yaxşı Yaşa!” musiqi parçasının ifaçısı olan Səbinə Babayevanın seçilməsinin əlamətdar bir hadisə olduğunu qeyd edib və müğənninin bu müsabiqədə Azərbaycanı layiqincə təmsil edəcəyindən əminlik ifadə edərək ona yaradıcılıq uğurları arzulayıb.
Səbinə Babayeva təbrik və arzulara görə Azercell şirkətinə təşəkkür edib. İndiyə kimi dəfələrlə bir çox yarışmaların qalibi olan Səbinə bu dəfəki yarışmanın hər kəs üçün daha çox önəm daşıdığını deyərək Azərbaycanın adını növbəti dəfə zirvəyə qaldırmağa çalışacağını bildirib. Görüşün sonunda gənc müğənniyə iPad planşeti və Azercell nömrəsi hədiyyə edilib.

Xatırladaq ki, Azercell Telekom MMC “Eurovision 2012” mahnı müsabiqəsinin baş sponsorudur. Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə şirkətə geniş pan-Avropa media, assosiasiya, tədbir və yeni media hüquqları verilib. Azercell hər zaman Azərbaycanın və ölkəmizin mədəniyyətinin dünyada tanıdılmasına və təbliğ edilməsinə xüsusi əhəmiyyət verib və bu baxımdan Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi növbəti fürsət olacaq.

Nigar Məmmədli