“Azərsu” ilə Koreya hökuməti arasında Qrant sazişi imzalandı

azersu-ile-koreya-hokumeti-arasinda-qrant-sazisi-imzalandi-
Oxunma sayı: 662

“Azərsu” Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sənədi Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya Respublikası adından isə səfir Li Ci Ha imzalayıb.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial - məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu proqrama uyğun olaraq Abşeron yarmadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və “Azərsu” ASC ümumi həll layihəsi barədə razılığa gəlmişlər. Layihənin maliyyələşdirilməsi üçün Koreya Hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Kürdəxanıda su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi 2011-2013-cü illərdə həyata keçiriləcək. Koreya tərəfinin ayırdığı qrant hesabına 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Eyni zamanda yerli mütəxəssislərin Cənubi Koreyada təlim proqramlarında iştirakı nəzərdə tutulur.
Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Ha Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yeniqənqurulması ilə əhalinin sosial-məişət şəraitinin, Abşeron yarımadasında ekoloji vəzyyətin yaxşılaşcağını bildirib. Səfir bu sazişin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.