“Azərsu” sədrinin müavinləri sakinlərlə görüşdü - Fotolar

azersu-sedrinin-muavinleri-sakinlerle-gorusdu
Oxunma sayı: 1918

Avqustun 19-da “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşüb. Bundan əlavə, avqustun 20-də isə sədr müavini Etibar Məmmədov Tovuz şəhərində rayon sakinlərini qəbul edib.  

“Qafqazinfo” xəbər verir ki, qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyətlərinin başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbullarda Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan 69 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. 

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.