Azərtac-ın əməkdaşları Cocuq Mərcanlıda

azertac-in-emekdaslari-cocuq-mercanlida
Oxunma sayı: 1260

Azərtac Agentliyinin bir qrup əməkdaşı Cocuq Mərcanlı kəndinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, jurnalistlər Cocuq Mərcanlı səfəri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarətlə başlayıb. 

Kollektivin üzvləri sonra şəhid Novruz Aslanov adına tam orta məktəbə gəliblər. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini bir-bir gəzib müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə müxtəlif dərs və idman ləvazimatları hədiyyə edilib. 

Agentliyin Baş direktoru Aslan Aslanov müəllim və şagirdləri doğma yurda qovuşmaları münasibətilə kollektiv adından təbrik edib, onların sevincini bölüşüb. 

Səfərdən xatirə olaraq AZƏRTAC-ın jurnalistləri məktəbin həyətində Eldar şamları əkib. 

Sonda Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məsciddə şəhidlərin ruhuna dua oxunub.