“Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi şöbəsinə inandınız?” - Sos

-milli-tehlukesizlik-nazirliyinin-bineqedi-sobesine-inandiniz-sos-
Oxunma sayı: 1102

Ailəmiz dörd nəfərdən ibarətdir: mən, məktəbli qardaşım, atam, anam. Kiçik də olsa öz evimiz var. Amma elə atam evimizi təmir eləyir. Başa düşürəm ki, pulumuz çox deyil. İndi anam iş tapıb. Hamımız sevinirik. Mənə dedilər ki, səni bağçaya qoyarıq. Razılaşdım, dörd yaşım var, yekə kişiyəm, ailəmizin halını anlayıram. Bizə yaxın bağçaların heç birində yer olmadı. Elə deyirlər ki, böyük babalar var, icazə vermirlər. İndi bütün günü məktəbli qardaşımla qalıram. Dərslər başlayanda vəziyyətim necə olacaq bilmirəm. O da oxumalıdır.

Fikirləşdim ki, “böyük-böyük yerlər” dəki babalara məktub yazım, bəlkə mənə kömək etdilər. Axı, mən onların da nəvəsiyəm. 8-ci mkr. Naxçivanidə yaşayıram.

Nəvəniz: Ayaz Əliyev.

Bakı şəhərinin meri Hacıbala Abutalıbova

Təhsillə bağlı adamam. Təhsildə olan problemlər o qədər ağırdı ki, dərddən ağzımı açıb danışmağa heç halım da yoxdu. İndi dərdimin üstünə biri də gəldi: bağçalar. Yox, baxçalar haqqında məlumatım var, amma, necə deyərlər, sovetdən qalma. Bilirəm ki, baxçalar məktəb yaşı çatmayan uşaqlar üçündür, hamı bağçalara qayğı ilə yanaşmalıdır. Kimin nə həddi var baxçanın bir qarış yerinə, yeməyinə əl uzatsın. Ən əsası baxça yaşlı uşağı baxçaya götürməsin. Desəm ki, onda neqativ hallar olmurdu, yalan olar. Biz olaq hər iş də qayda-qanunla olsun. Amma onda çox az idi. Eliyənlər də .. kimi qorxurdu. İndi isə, deyirlər, o boyda Təhsil Nazirliyi GÖZ GÖRƏSİ uşaqların yeməyini oğurlayır. Kimin ağlına gələr?... İndi bu yemək məsələsi həll olunub, hələlik. Ona görə hələlik deyirəm ki, təzə-təzədi, lap boğazınızdan kəsərsiz, amma bir müddətdən sonra necə olacaq, onu heç kəs bilmir. Bağçaların işi yeməklə bitmir. Təhsil Nazirliyinin Ən böyük səhvi bağçaların, ümumiyyətlə, baxımsız qalması idi: nə qədər baxçalar bağlandı, yararsız hala düşdü, sahələri satıldı, qaçqınlar yerləşdi, nə bilim daha nələr... İndi bu Ayaz və onun kimi onlarla həmin ərazidə uşaq qalıb bağçasız. Mən də bu Ayaza görə getdim yaxınlıqdakı 193 və 177 nömrəli bağçalara. Yer olmadı. Səlahiyyətlər Bakı şəhər icra hakimiyyətindədir. Daha dəqiq orda Eldar adlı bir şəxsdə. Bu Eldar müəllimi də nə yerdə tapmaq olur, nə göydə, heç telefona da gəlmir. Bir oğlan götürür, heç vaxt Eldar müəllimlə əlaqə yaratmır “Eldar müəllim məşğuldu”(???)-deyə, hey mənasız suallar, lazımsız izahatlar verir, guya iş gördü, heç adını da demir. İndi bundan soruşan lazımdı “ sən bağçaların işi haqqında nə bilirsən?” Düz danışsa deyər “HEÇ NƏ”. Vallah, heç Eldar müəllim də bilmir. Sözüm onda ki, bunlar qalsın hələlik. Siz, ay Hacıbala müəllim, bu yer tapmayan uşaqlara bir yer düzəldin. Axı, dövlət bağçalarına gedən KASIBLARIN uşaqlarıdı! Məsələn, Binəqədi rayonundakı bu 177 və 193 nömrəli bağçaların yaxınlığında iki dənə də bağça olub. Biri indi uçuq-sökükdü. O birinin başına (səhv etmirəmsə 155 nömrəli) bilirsiz nə gəlib, desəm inanmassınız. Bağçadakı uşaqları, müəllimləri, bütün işçiləri atıblar küçəyə. Kimi deyir “SATIBLAR”, kimi deyir ‘VERİBLƏR”. Kimə, kimə? Desəm, yenə inanmassınız: MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN BİNƏQƏDİ rayon şöbəsinə. İNANDIZ? Mən də inanmazdım həqiqət olmasaydı! Dünyanın heç bir ölkəsində belə bir olay ola bilməz. Ola bilməz! İNANIN! Bu da həqiqətdi.

Elə bilirsiz, ordakı işçilərin haqqını qoruyan oldu. YOX! Nə TN, nə də HƏMKARLAR İTTİFAQI . Halbuki bu onların birbaşa borcu və vəzifəsidi. Sözarası deyim ki, Hİ- haqqında bir arayış yazmışdım, elə bilirsiz, təsir etdi, etmədi. Amma mən onların vəzifələrini bilirəm, özləri bilmir. Heç ömründə görmüsüz ki, Hİ bir müəssisənin, bir işçinin hüququnu qorusun? Mən də görməmişəm. O ki qaldı baxça müəllimləri. Onlar qohum-ərabalarını, dost-tanışlarını müəllimlərin hesabına gəzdirə bilirlər yalnız. TN də neyniyə bilər ki? AMMA SİZ! Necə olsa, şəhərin böyüyüsünüz, bir sual verin də bu MTN-nə: Bu boyda Binəqədi rayonunda yer tapmadınız, uşaqların baxçasına göz dikdiniz? XAHİŞ EDİRƏM. Görürsünüzmü, TN-nə ŞÜKÜR. O yeməyi az verirdi, bunlarsa...İndi MTN-dir də, olar ki, heç sualınıza cavab verməsinlər. Onda Binəqədi rayon İcra Hakimiyyətinin sədrinə deyin . Həyətləri gözəlləşdirməyə, sökülmüş zibilliklərin yerini, rayonun kirini-pasını təmizləməyə çalışır. Sağ olsun! Amma bu köhnə binalar bir az öncə rənglənmiş, sonra da nəsə lövhələr vurulmuşdu. İndi də bu binalara təzədən nəsə vururlar. Bir dünya xərcdi. Bunun əvəzinə MTN-nin Binəqədi şöbəsinə, ya da UŞAQLARA bir yer düzəltsə daha yaxşı olar. Bu binalardan bütün ölkələrdə var, inanın. Heç kəs-nə bizimkilər, nə avropalılar, nə amerikalılar bu binalara görə nə təəccüblənər, nə də bizi qınayar, amma baxça məsələsinə görə...

Sovet dönəmində isə, siz məndən də yaxşı bilərsiz, adama neyniyərdilər. İndi Siz bu uşaqlara yardım əlinizi uzadın, nə olar.

P.S.O Eldar müəllimi də, onun əvəzinə danışan oğlanı da işdən çıxarın.


Kəmalə Abıyeva