Abituriyent dəm qazından boğuldu

abituriyent-dem-qazindan-boguldu-
Oxunma sayı: 674

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, İsmayıl Məmmədov küçəsi, ev 14-də yaşayan 16 yaşlı Kamran Əliyev dəm qazından boğulub. Dünən gecə yuyunmaq üçün hamama girən K.Əliyevin valideynləri meyitini çıxarıblar. Orta məktəbi ötən il bitirən mərhum bu il ali məktəbə qəbul olmaq niyyətində idi.

Faktla bağlı araşdırma aparlır.