Bakcell 500.000- ci abunəçini mükafatlandırdı- - Fotolar

bakcell-500000-ci-abunecini-mukafatlandirdi-
Oxunma sayı: 1032


“Qafqazinfo”nun məlumatına görə, ulduzum proqramının 500.000- ci abunəçisinə İngiltərənin Mançester şəhərində futbol matçını izləmək üçün 2 nəfərlik səyahət paketi hədiyyə verilib.

Ulduzum proqramının ən aktiv 10 istifadəçisi müəyyən edildikdən sonra, onlarla Bakcell ofisində görüş keçirildi və onlara dəyərli hədiyyələr təqdim olunub.

Bakcell ofisinə dəvət olunan ən aktiv 10 abunəçidən biri Məmmədov Tural proqram barədə fikirlərini belə paylaşıb: “Zənnimcə Ulduzum proqramının ən üstün cəhəti onun istifadədə çox asan olmasıdır. Ulduzumun bir çox partnyorlarında endirimlərdən faydalanıram. Rahatı odur ki, ödəniş vaxtı endirim almaq üçün cəmi bir neçə saniyə vaxt sərf edirsən”.

Nigar Əsədullayeva: “Ulduzum proqramının ən aktiv 10 istifadəçisi sırasında olmağım xəbəri məni sevindirdi. Çünki xərclərimə qənaət etməyi xoşlayıram. Taksi xidmətindən mütəmadi istifadə edirəm. Ulduzum proqramına qoşulduqdan sonra taksi və digər xərclərimdə mühüm qənaət etdiyimin şahidi oldum. Bakcell şirkətinin bütün abunəçilərinə Ulduzum proqramı vasitəsilə müxtəlif yerlərdə endirimlər təqdim etməsini abunəçilərinə qayğı kimi dəyərləndirirəm”.

Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində Ulduzum proqramına yarım milyondan çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

Ulduzum proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.