“Bakı-2015”lə bağlı mahnı

baki-2015le-bagli-mahni
Oxunma sayı: 1590


"Qafqazinfo"nun məlumatına görə, mərasimdə Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, ASAN xidmətin sədri İnam Kərimov, bir sıra təşkilatların rəhbərləri iştirak edib.

Bakı 2015  avropa Oyunlatı Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mahnı və klip haqda təəssüratlarını bölüşüb:

"Azərbaycan  və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək olması təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir. İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri bütün xalqımız maraqla dinləyəcək".

ASAN xidmətin sədri İnam Kərimov Avropa Oyunları və ekran işi barədə fikirlərini bölüşüb:

"Azərbaycanda idman dövlət qayğısı və bu sahəyə maraq artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq məhz Bakıda keçiriləcək. Birinci Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza töhfə olacaq.

Qeyd edək ki, bəstənin sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsusdur. 

Könül