Bakı Avrasiya Kollecində açılış mərasimi keçirilib

baki-avrasiya-kollecinde-acilis-merasimi-kecirilib
Oxunma sayı: 3047

Bakı Avrasiya Kollecində (BAAK ) 2019-2020–ci tədris ilinin açılış mərasimi və Bilik günü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə kollecin kollektivi ilə yanaşı,Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, ali məktəbin professor və müəllim heyyətı, tələbələr, valideynlər iştirak ediblər.

Nazim Hüseynli yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və tələbələri kollecin və universitetin yüksək təhsil potensialdan istifadə etməyə, mütəxəssis kimi yetişərək ölkəmizin inkişafına töhfə verməyə səsləyib.

Sonra Bakı Avrasiya Kollecinin (BAAK) direktoru Aytən Hüseynova birinci kurs tələbələrini Bakı Avrasiya kollecinə daxil olmaları münasibətilə təbrik edib.

Sonda, rektor Bakı Avrasiya kollecinin açılış lentini kəsib.