Bakı avtovağzalında Yeni ildə qiymətlər dəyişəcək?

baki-avtovagzalinda-yeni-ilde-qiymetler-deyisecek
Oxunma sayı: 628

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, reyslərə yeni avtobusların buraxılması sərnişin axınından asılı olacaq.

"Əgər adi günlərdə Bakıdan regionlara 300-350 avtobus gedirdisə, bayram günlərində 150-200 ədəd əlavə avtobus reysə buraxılır. Sıxlıq olan kimi avtobusların sayı artırılacaq. Bu tədbirlər ona görə görülür ki, sərnişinlər rayonlara gedərklən çətinlik çəkməsinlər", - o əlavə edib.

Məhəmməd Abdullayev qeyd edib ki, bayram günlərində biletlərin qiymətində heç bir dəyişiklik edilməyəcək.