Bakı derbisi

baki-derbisi
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, Premyer liqada 23-cü tura bu gün keçiriləcək oyunlarla strat veriləcək . Bugünkü ilk maraqlı qarşılaşma Bakı derbisi olacaq . “Bakı” ilə “Neftçi” növbəti dəfə münasibətlərinə aydınlıq gətirməyə çalışacaqlar. 30 xallla 6-cı sırada olan paytaxt təmsilçisi, 44 xalla 1-ci yerdə qərarlaşan “Neftçi”yə qarşı mübarizə aparacaq. Bundan başqa ilk 6-lğa düşmək şansını son məqamda əldən verən “Xəzər Lənkəran” “Rəvan”a qonaq olacaq. Son turlarda istədiyi nəticələri ala bilmyən “Simurq” “Qarabağ”ı qəbul edəcək.

Saat 15:00 “Bakı” “Neftçi” “Bakı”nın təlim məşq bazası

Saat 15:00 “Rəvan” “Xəzər Lənkəran” Bayıl Arena stadionu

Saat 17:00 “Simurq” “Qarabağ” Zaqatala Şəhər Stadionu

İqbal