Bakı Qərbi niyə hədələyir?

baki-qerbi-niye-hedeleyir
Oxunma sayı: 648

Yəni dolayısı ilə Azərbaycanın öz qazını Avropaya satmaya biləcəyinə eyham vurub. Məlum olduğu kimi, bu günə qədər Azərbaycan beynəlxalq dairələrdə Avropanın enerji təhlükəsizliyində fəal şəkildə iştirak edən dövlət kimi təqdim olunub.
Avropa böyük həcmdə rus qazından asılıdır və Moskva bu amildən yararlanaraq Avropaya bəzi iddialarını qəbul etdirə bilir. Avropanın bəzi dairələri Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün əsas alternativlərdən biri kimi Azərbaycanı görürlər. Ancaq indi Avropa ilə münasibətlər soyuyub və hökumət qazı Rusiyaya sata biləcəyi ilə hədələyir. Novruz Məmmədovun Qərblə əməkdaşlıqdan imtina açıqlaması da onu göstərir ki, Bakı Qərbə təhdid mesajı verir. Ancaq Azərbaycanın hazırda bu imkanları hansı səviyyədədir? Bakının qaz siyasəti Avropa ilə münasibətlərdə həlledici təsirə malikdirmi?
İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, yaxın iki ildə Azərbaycanın qaz istehsalında ciddi artım müşahidə olunmur. Bu baxımdan Bakının Rusiyaya daha artıq qaz satması ümumi enerji siyasətində dəyişiklik kimi qiymətləndirilə bilməz: “Bu il Azərbaycanın 28 milyard kubmetr qaz istehsal edəcəyi proqnozlaşdırılır. Bildiyiniz kimi, Azərbaycanın hazırda daxili tələbatı sürətlə artır, yeni tikililər qazlaşdırılır, kənd yerlərinə qaz çəkilir və sair. Qarşıdakı 3 ildə illik hasilatın 29-30 milyarda qalxması gözlənilir. Yəni qaz bazarında ixracda ciddi fərq yaranmayacaq”.
O ki qaldı qaz satışı ilə bağlı siyasi bəyanatlara, Q.İbadoğlu rəsmi Bakının Avropa bazarından imtina edəcəyini inandırıcı sanmır. Hazırda qaz satışı ilə və Avropaya qaz nəqli ilə bağlı yeni kəmər layihələri üzərində danışıqların getdiyini qeyd edən ekspertin sözlərinə görə, Azərbaycanın Rusiya ilə münasibətləri o qədər də yaxşı deyil. Həmsöhbətimizə görə, qaz satışı ilə bağlı bəyanatlar daha çox kəmərlərlə bağlı danışıqlara təsir etmək üçün verilir: “Hazırda Azərbaycan tərəfi Avropaya qaz nəql edəcək kəmərlərlə bağlı danışıqları davam etdirir. Bu mənada Azərbaycan bu cür manevrləri hələ çox edəcək. Çünki Azərbaycanda əsas qaz hasilatı 2017-ci ildən sonra gözlənilir. İndidən müəyyən bəyanatlar verməklə siyasi oyunlar, alverlər istəyini görə bilərik. Ancaq yaxın zamanlarda Azərbaycan qaz ticarətində ciddi dəyişikliklər etmək imkanına malik deyil. Yalnız 2015-ci ildən sonra hasilatda artımlar başlayacaq. Ona görə də düşünürəm ki, 2015-ci ilə qədər siyasi vəziyyət, münasibətlər, ümumiyyətlə regiondakı durum dəyişəcək. Baş verənləri ”kəmər diplomatiyası" kimi də qiymətləndirmək olar".

musavat.com