Bakıda “Alma Store” mağazasının açılışı olub - Fotolar

bakida-alma-store-magazasinin-acilisi-olub
Oxunma sayı: 3891

Dünən Bakıda Port Baku AVM-də “Alma Store Apple Premium Reseller” mağazasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılışdan öncə mətbuat konfransı keçirilib.

“Apple Premium Reseller” layihələrinin MDB üzrə rəhbəri Nadejda Damarat bildirib ki, mağaza “Apple”nin Azərbaycanda sayca ikinci rəsmi satış mərkəzidir:

“Burada “Apple” məhsulları ilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağı fəaliyyət göstərəcək. Mağaza xüsusi konsultasiya seksiyası və “Flex Table” təlim ilə seçiləcək. Qiymətlər bazar səviyyəsində olacaq. Açılış günü isə iştirakçıları xüsusi qiymətlərlə sevindirəcəyik. Oktyabrın 27-də isə mağazada “iPhone 8” modelinin satışına başlanacaq”.

“Apple”nin təlimçisi Aleksandr Mixaylenko qeyd edib ki, bu gün alış-veriş mərkəzi bir neçə saatlığa “Apple dünyasına” əyləncə və təlim zonalarına çeviriləcək. Oyun zonasında “Apple TV” imkanlarını test edə və yarışa bilərsiniz.

Mağazanın açılışı münasibətilə “iPad”, “Mac” və “iPhone” məhsulları xüsusi qiymətlə təklif olunub. Aksiya üç məşhur “Apple” cihazlarını əhatə edəcək: “iPad” 32 GB Wi-Fi -699 AZN, “MacBook Air” 2017 128 GB 1799 AZN, “iPhone 7” 32 GB 1249 AZN. Bununla yanaşı, mağaza Şopinq Festivalda (Tax Free) iştirak edir.

“iPad” və “Mac” kompüterlərinin qiymətləri çox sərfəli olacaq. “Apple”nin yeni modelləri Avropa və ABŞ qiymətlərinə yaxın, hətta daha aşağı olacaq.

Planşetlər və kompüterləri “Alma Store”un açılışından sonra əldə etmək mümkün olacaq.

Qeyd edək ki, məhsulların sayı məhdud olduğundan aksiya vaxtından tez bitə bilər. Cihazları nəğd ödənişlə yanaşı,“Worldcard” vasitəsilə kredit yolu ilə də əldə edə bilərsiniz. Bundan əlavə açılışdan bir saat əvvəl qonaqlara xüsusi şou təqdim ediləcək. İlluziyaçılar “Apple” cihazları ilə fokuslar nümayiş edəcəklər və arzu edən hər kəs öz fotosunu “iPad Pro”da “Apple Pencil”lə çəkə biləcək. Bundan əlavə qonaqlar arasında qiymətli hədiyyələr də oynanılacaq.