Bakıda bədbəxt hadisə - Qulaqcığın qurbanı oldu

bakida-bedbext-hadise-qulaqcigin-qurbani-oldu
Oxunma sayı: 1046

Belə ki, 1992-ci il təvəllüdlü İmran Lalayev “Koroğlu” metrostansiyası yaxınlığından keçən dəmir yolu ilə gedirmiş. Qulaqcıq taxaraq dəmir yolunda hərəkət edən İ.Lalayev arxadan gələn qatarın səsini eşitməyib. Nəticədə qatar onu vurub. Qatar onun hər iki ayaqlarını kəsib.

Çoxlu qan itirən gənc ağır vəziyyətdə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, İmranı xəstəxanaya gətirən zaman onun hər iki ayaqları da baldırdan yuxarı kəsilibmiş. Kəsilmiş ayaqlr onunla birlikdə xəstəxanaya gətirilib. Lakin həkimlər onun ayaqlarının bərpa olunmayacağını bildiriblər. Gəncin ayaqları amputasiya olunub. Çoxlu qan itirən İmran hazırda huşsuz vəziyyətdə reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.