Bakıda beynəlxalq təşkilatın qadın rəhbərini şoka saldılar

bakida-beynelxalq-teskilatin-qadin-rehberini-soka-saldilar
Oxunma sayı: 1853


 D.Duran bildirib ki,  saat 21:30 radələrində Rəşid Behbudov küçəsi ev 20, mənzil 115 ünvanında, yəni onun yaşadığı mənzilin qapısını naməlum şəxs döyüb. Özünü aşağı mərtəbədə yaşayan qonşu kimi təqdim edən həmin 30-35 yaşlı kişi yuxarı mərtəbədən evinə su sızdığını bildirib. D.Duran da öz növbəsində “qonşu”nu içəri dəvət edib və hamam otağına baxmasına imkan yaradıb. Mətbəxə keçən təşkilat nümayəndəsi bir neçə dəqiqə sonra geri qayıdanda həmin şəxsi tapa bilməyib. Mənzili tərk edən “qonşu” özü ilə birlikdə D.Duranın iş çantasını da aparıb.

 Şikayətçinin bildirdiyinə görə, çantada 600 manat, 200 dollar, 200 İsveçrə frankı, 2 Visa kart, 1 sığorta kartı, 2 kredit kartı və beynəlxalq sürücülük vəsiqəsi olub.

 Hazırda cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.

 Qeyd edək ki, son vaxtlarda paytaxtda bu tip cinayət hallarının sayı xeyli artıb.