Bakıda birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına start verilir

bakida-birinci-boyuk-ipek-yolu-beynelxalq-gencler-konqresi-ve-festivalina-start-verilir
Oxunma sayı: 665

25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak edəcəyi konqresdə panel müzakirələri aparılacaqdır. Panel müzakirələrə- Gənclər siyasəti: təcrübə və əməkdaşlıq imkanları, Sivilizasiyalar və mədəniyyətlər arası dialoq: gənclər arasında tolerantlığın və qarşılıqlı anlaşmanın bir vasitəsi kimi, Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi daxildir. Bununla yanaşı, gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə Qala-konsert də keciriləcəkdir.

Konqresin kecirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıcıyılarının bir birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir.

Eyni zamanda gənclərlə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə gənclərin fəaliyyətlərini dəstəkləmək məqsədilə yeni beynəlxalq gənclər platforması olan“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi də konqresin əsas istiqamətlərindən biridir.