Bakıda daha bir marşrut qəzası - Yaralılar var + Foto

bakida-daha-bir-marsrut-qezasi
Oxunma sayı: 2188

Bakıda marşrut avtobusu qəza törədib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün təxminən saat 09:00 radələrində Həzi Aslanov metrostansiyasının yaxınlığında baş verib.

57 saylı marşrut avtobusu yük maşınını ötməyə çalışan zaman həmin avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən 2 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb edilib.

Murad Əhməd