Bakıda daha bir söküntü işləri başladı

bakida-daha-bir-sokuntu-isleri-basladi
Oxunma sayı: 640

Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə bu gündən "Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışının və AMEA-nın yeni kitabxanasının tikintisi ilə bağlı ticarət və iaşə obyektlərinin sökülməsinə başlanılıb.

Məlumata görə, söküntü işləri iyunun 2-də başa çatacaq.

"Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışının tikintisi ilə bağlı 18 obyektin sökülməsinə qərar verilib.