Bakıda dəhşətli cinayət

bakida-dehsetli-cinayet
Oxunma sayı: 656

“Qafqazinfo” xəbər verir ki, ilkin istintaqla müəyyən edilib ki, aşkar olunan meyit 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovadır.

Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini, 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunub və M.Zöhrabov yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilmişdir ki, dekabrın 25-də gecə saatlarında M.Zöhrabovun Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəyib. Pulu olmadığı üçün qadını evə dəvət edərək yaxınlıqdakı mağazadan bir butulka araq alaraq birlikdə yeyib-içdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyib.

Bu zaman aralarında mübahisə yaranıb və qadın qışqırdığından mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirib. Qadının öldüyünü yəqin etdikdən sonra paltarlarını sobaya ataraq yandırıb, meyiti isə selofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus “VAZ 2109” markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı - Hövsan yolunun kənarına atıb.