Bakıda Emanuel adlı cinayətkar tutuldu

bakida-emanuel-adli-cinayetkar-tutuldu
Oxunma sayı: 647

Fevralın 1-də G.Qarayev küçəsində Mahir Həsənova məxsus «Mersedes» makalı avtomaşından şüşəni sındırma yolu ilə 200 manat və mobil telefon oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev fevralın 18-də tutulub.

Fevralın 18-də Nizami küçəsində yaşayan Akif Rəsulov bıçaq xəsarətləri ilə yaşadığı ünvandan KTM-ə daxil olub. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emanuel Eminov tutulub.

Fevralın 17-də Balaxanı qəsəbəsi Dirçəliş küçəsindən həmin küçədə yaşayan Tural Pənahov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Məhərrəmov tutulub.