Bakıda gənc qızın 200 min manata yaxın pulu mənimsənilib

bakida-genc-qizin-200-min-manata-yaxin-pulu-menimsenilib
Oxunma sayı: 3522

Bakıda gənc qızın külli miqdarda pul vəsaiti mənimsənilib. 

“Qafqazinfo”nun məlumatına görə, 1993- cü il təvəllüdlü A.Muradlı bu barədə Yasamal rayon 27- ci polis bölməsinə ərizə ilə müraciət edib.  

O, bildirib ki, 2014-2018-ci illərdə yaşadığı ünvanda tanışı olan iki oğlana 85.800 funt sterlinq və 11.800 ABŞ dolları məbləğində pul vəsaiti verib.  

Lakin həmin şəxslər onu aldadıraq pul vəsaitini mənimsəyib.  

Hazırda fakt üzrə polis bölməsində araşdırma aparılır.