Bakıda iki mağaza özəlləşdirildi

bakida-iki-magaza-ozellesdirildi
Oxunma sayı: 1566

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün hərrac keçirib.

“Qafqazinfo” xəbər verir ki, budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olub. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu və Mərdəkan rayonlarında yerləşir. Ümumi faydalı sahəsi 45,6 kv.m, Sabunçu rayonunda yerləşən 49 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. 

Mərdəkanda olan 96 saylı mağaza da investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 324,6 kv.m təşkil edir. 

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan ikisi Bakının Suraxanı və Nəsimi rayonunda, digəri isə Şabran şəhərində yerləşir. Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak isə Gülşən Ətir ASC-dir.