Bakıda “İslam həmrəyliyi ili”nin yekunları ilə bağlı konfrans olacaq

bakida-islam-hemreyliyi-ilinin-yekunlari-ile-bagli-konfrans-olacaq
Oxunma sayı: 1320

Qafqaz Müsəlmanları İdarəsi  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Türkiyənin İstanbul şəhərində keçirilmiş “İslam həmrəliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” beynəlxalq konfransın  yekunlarına dair birgə konfrans keçirir.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə QMi sədri Allahşükür Paşazdə DQİDK- nin sədrləri iştirak etməli olsa da, onlar  qarşıda keçiriləcək konfranslarla bağlı brifiniqdə iştirak edə bilməyiblər.

Tədbirdə çıxış edən  şeyxin müavini Rəşad Əliyarlı  bildirib ki, dekabrın 21-də Bakıda " İslam həmrəyliyi ili" nin yekunlarına həsr olunmuş yekun konfrans keçiriləcək: "Konfransda Roma Papasının, Rusiya patriarxının və digər ölkələrin dini liderlərinin müraciəti oxunacaq. Tədbirdə həmçinin dövlət başçımızın iştirakı gözlənilir".

O həmçinin  Türkiyədə İslam həmrəyliyi ilə bağlı keçirilən tədbirdən də danışıb: " Həmin günlərdə Türkiyədə Kərkük məsələsi ilə bağlı vəziyyət gərgin idi. Ancaq buna baxmayaraq tədbirdə Türkiyə tərəfindən rəsmi şəxslər iştirak etdi.  Bu tədbir Türkiyə- Azərbaycan arasındakı güclü dostluq və qardaşlıq münasibətlərinin İslam dayanışması fikrinin yaşadılmasına xidmət edir.