Bakıda itkin düşmüş 11 yaşlı uşaq tapıldı

bakida-itkin-dusmus-11-yasli-usaq-tapildi
Oxunma sayı: 1711

Bakıda bir neçə gün öncə itkin düşmüş uşaq tapılıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.

Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib.