Bakıda kişilər qadınları soydu

bakida-kisiler-qadinlari-soydu
Oxunma sayı: 866

Bakının Nizami rayonunun Şərifli küçəsində 2 naməlum şəxs bir qadına zor tətbiq edərək onu qarət ediblər.
ANS PRESS-in Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlar paytaxt sakini Aybəniz Müseyibovanı döyərək içərisində 150 manatı və şəxsiyyət vəsiqəsi olan çantasını alıblar.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Baba Mustafayev və Cəlaləddin Hüseynov tutulublar.