Bakıda maşın maneəyə çırpılıb, sürücü ölüb

bakida-masin-maneeye-cirpilib-surucu-olub
Oxunma sayı: 1073

Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.