Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

bakida-menzilde-58-yasli-kisinin-meyiti-tapilib
Oxunma sayı: 821

Bakıda mənzildə meyit aşkarlanıb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.