Bakıda mənzildən 69 yaşlı kişinin meyiti tapıldı

bakida-menzilden-69-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 707

Səbaildə mənzildən kişi meyiti tapılıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Cəfərov Müseyib Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.