Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 1068

Bakıda mənzildən 58 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.