Bakıda parkomatı sındırdılar - Foto

bakida-parkomati-sindirdilar
Oxunma sayı: 1767

Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq yumruq və təpik vurub.

Sərxoş olduğu güman edilən kişi qışqıraraq “Mənə Samaraya bilet lazımdır” deyib.

Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Parkomat aparatı tamamilə yararsız hala düşüb.