Bakıda stansiya ləğv edildi - Sərəncam

bakida-stansiya-legv-edildi
Oxunma sayı: 4326

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, həmin ərazidə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edildiyi üçün Heybət dəmir yolu stansiyası ləğv edilib.

Yeni inşa edilmiş dəmir yolu stansiyası isə “Abşeron” adlandırılıb.