Bakıda yanğın olub, uşaqlar zəhərlənib

bakida-yangin-olub-usaqlar-zeherlenib
Oxunma sayı: 1557

Bakının Yasamal rayonunda yaşayış evində yanğın olub.

“Qafqazinfo” FHN-dən verilən məlumata görə, ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.