Bakıda yaşayış binası yanıb

bakida-yasayis-binasi-yanib
Oxunma sayı: 770


Xətai rayonunda hündür mərtəbəli yaşayış binasının 6-17-ci mərtəbələr arası şaxta boyu kabellər 33 p.m 6 ədəd elektrik sayğacı və vətəndaşa məxsus ümumi sahəsi 173 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv. m sahədə əşyalar yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər və digər mərtəbələrdəki elektrik kabel və sayğaclar yanğından mühafizə olunub.