Bakıdakı qəzada yaralananların kimliyi məlum oldu - Yenilənib

bakidaki-qezada-yaralananlarin-kimliyi-melum-oldu
Oxunma sayı: 2778

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, qəza Hövsan qəsəbəsində baş verib.
 
İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
 
Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.

***

Bakının Hövsan qəsəbəsində baş verən yol qəzası nəticəsində xəsarət alanlar 26 yaşlı  Rəhimov Fariz Eynulla oğlu, 61 yaşlı Rəhimov Eynulla Yadulla oğlu, 20 yaşlı Rəhimova Aysel Ağamalı qızı, 39 yaşlı Məmmədov Eminağa Məmmədağa oğlu, 51 yaşlı Məmmədov Şahin və 39 yaşlı və 54 yaşlı Aləli Ladadır.