Akif Nağıya xəbərdarlıq olundu

akif-nagiya-xeberdarliq-olundu
Oxunma sayı: 678

“Qafqazinfo”ya QAT-dan verilən məlumata görə, QAT sədri Akif Nağı Bakı şəhər Baş Polis idarəsinə çağrılıb, orada ona Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin imzası ilə yazılı xəbərdarlıq təqdim olunub, hər hansı aksiyaya görə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.

Akif Nağının polis idarəsinə getdiyi taksi sürücüsü geri qayıdarkən yol polisi tərəfindən saxlanılıb, təzyiq göstərilib. Sürücüyə hücum edənlərin Binəqədi rayonu polisinin cinayət axtarış şöbəsinin rəisi və əməkdaşları, həmçinin Binəqədi yol polisinin əməkdaşları olduğu bildirilir.

İlqar Abdullayev Binəqədi polis idarəsinə, sonra isə məhkəməyə aparılaraq 10 sutka cəzaya məhkum edilib. Məhkəmə qərarının verilmiş nüsxəsindən aydın görünür ki, İlqar Abdullayevə qarşı saxta bir iş quraşdırılıb.

Qərarda göstərilir ki, guya o, yol polisinin maşını saxlamq işarəsinə tabe olmayıb. Tamamilə yalandır, həmin vaxt Akif Nağı da maşında olub, maşını saxlamaq üçün heç bir işarənin olmadığını bildirir.