Bakının bahara oxşayan payızı... - Video

bakinin-bahara-oxsayan-payizi
Oxunma sayı: 2119

Azərbaycanda artıq 3 gündür ki, payız fəsli yaşanır.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu fəslin ölkəmizə gəlişi sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 00:02-də baş verib. Həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər isə qısalmağa başlayıb.

Sentyabr payız fəsli hesab olunsa da, Bakıda “sarı mövsüm”ün əlamətlərini hələ təzə-təzə görməyə başlayırıq. 

“Qafqazinfo” payızın gəlişi münasibətilə Bakıdan qısa bir videoçarx hazırlayıb: