Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1179


Yanvarın 25-də Azərbaycan prospektində Bakı şəhər sakini İlkin Mirağayev, Bakı şəhər sakini Vidadi Yolçuyevə məxsus «Mercedes» markalı avtomobilə minmiş, avtomobildə olan iki nəfər naməlum şəxs onu Ş.Şamil küçəsinə aparmış, orada avtomobilin naməlum sürücüsü onu bıçaqla hədələyərək 300 manat pulunu alıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri İkram Zeynalov və Rüfət Mənsimli tutulub.

Yanvarın 19-na keçən gecə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan Namiq Hüseynova məxsus «VAZ-21074» markalı avtomobil qaçırılmışdır. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində «VAZ-2107» markalı avtomobil əzik vəziyyətdə H.Babaşov küçəsində tapılıb, üzərində Lənkəran şəhər sakini Şahin Hüseynova məxsus «Mercedes» markalı avtomobilin dövlət nömrə nişanı aşkar edilib. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranlar Bakı şəhər sakinləri Fərid Xasməmmədov, Etibar Həsənov, Kənan Tağıyev və Məhəmməd Nəcəfov saxlanılmışlar. Araşdırma zamanı onların yanvarın 15-nə keçən gecə, Nizami rayonu Q.Qarayev prospektində Oruc Əliyevə məxsus «VAZ-2107» markalı avtomobil qaçırdıqları məlum olub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, Xaləddin Hüseynovdan 405 qram qurudulmuş marixuana götürülmüşdür. Araşdırma zamanı məlum olub ki, o, ötən il iyulun 15-də özünü Teymur kimi təqdim edərək Bakı şəhər sakini Qabil Süleymanovun etibarından sui istifadə edərək 600 manat, bu il yanvarın 9-da Zabrat qəsəbə sakini Yusif Xanquliyevin etibarından sui istifadə edərək 200 manat, yanvarın 14-də Ramana qəsəbə sakini Asəf Bayramovdan isə 130 manat, yanvarın 17-də Əbülfət Çıraqovun etibarından sui istifadə edərək 200 manat alıb qaytarmayıb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər İsrafilov tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda və soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Mirzəyev tutulmuşdur. araşdırma zamanı müəyyən edilib ki, ötən il mayın 27-də Əmircan qəsəbəsində yaşayan Nurəli Babayevin mənzilənə pəncərədən daxil olmaqla 2000 manat, 1 ədəd qızıl saat və 1 ədəd qızıl üzük oğurlamış və bu vaxt səsə oyanan N.Babayevi itələyərək qaçırıb. Yanvarın 18-nə keçən gecə Bül-bülə qəsəbəsində Mənsur Bədəlovun evindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlayıb. Yanvarın 13-nə keçən gecə, Əmircan qəsəbəsi T.Bayram küçəsində Elvin Abıyevə məxsus «VAZ-21011» markalı, yanvarın 23-nə keçən kecə, Bül-Bülə qəsəbəsi N.Nərimanov küçəsində Emin Nağıyevə məxsus «VAZ-2106» markalı avtomobillər qaçırılmşb. E.Nağıyevin avtomobili yanvarın 23-də Əmircan qəsəbəsi E.Həsənov küçəsindən, E.Abıyevin avtomobili isə yanvarın 24-də Hövsan qəsəbəsi Dəniz kənarı küçəsində saz vəziyyətdə tapılıb.