Balakəndə qadağan olunmuş dini kitablar tapılıb

balakende-qadagan-olunmus-dini-kitablar-tapilib
Oxunma sayı: 652

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də qanunla qadağan olunmuş dini təriqətlərdən birinin üzvü Qazma kənd sakini Elman Eminovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 11 ədəd broşüra aşkar edilərək götürülüb.