Aliyə Qarayeva 5-ci yerdədir - Yenilənir

aliye-qarayeva-5-ci-yerdedir-yenilenir
Oxunma sayı: 688

24 yaşlı idmançımız həlqə ilə iştirakda 27.450 xal yığaraq 9-cu sırada qərarlaşıb.

***
Aliyə Qarayeva topla çıxışını başa vuraraq 28.350 bal yığıb. 55.800 balla idmançımız ümumi sıralamada 4-cü yerdədir. Hələ ki, 24 idmançıdan 17-nəfər çıxış edib.

***
Təmsilçimiz 24 idmançının çıxışından sonra 5-ci yerlə kifayətlənib

Qeyd edək ki, sabah gimnastlar gürz və iplə hərəkətləri yerinə yetirəcəklər. Təsnifat mərhələsinin yekununa əsasən, 10 idmançı finala yüksələcək.

Ceyhun Əhmədov