Bank Fərda Xudaverdiyevin maşınını əlindən alır - - Yenilənib

bank-ferda-xudaverdiyevin-masinini-elinden-alir-
Oxunma sayı: 6184

Azərbaycan Beynəlxalq Bankı məşhur aktyor Fərda Xudaverdiyevi məhkəməyə verib.

"Qafqazinfo"nun məlumatına görə, bank borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddia qaldırıb.

Belə ki, bankdan pul götürən F.Xudaverdiyev avtomobilini girov qoyub. Ödəmə ilə bağlı mübahisə yarandığından bank məhkəməyə müraciət edib.

İşə Xətai rayon Məhkəməsində baxılır.

***

Axşam.az-a açıqlama verən Fərda bank tərəfindən məhkəməyə verildiyini təsdiqləyib. Amma aktyor avtomobilinin hələ də özündə olduğunu bildirib:

“Banka borcum var, amma kreditimi vaxtında ödəyirəm, problem yoxdur. Əvvəl mənə başqa bir məbləğ deyilmişdi. Sonra həmin məbləğ artırıldı, söz danışıldığı kimi davam etmədi. Avtomobil özümdədir, əlimdən alınmayıb. Maşın mənim adımadır. Məhkəmə prosesi yanvardan başlayıb və mayın ortasında bitəcək. Əminəm ki, nəticə mənim xeyrimə olacaq”.

Elçin