Bank of Baku İpoteka kreditini 150.000 AZN-dək artırdı

bank-of-baku-ipoteka-kreditini-150000-azn-dek-artirdi
Oxunma sayı: 1654

Bank of Baku, ev arzusunda olan şəxslər üçün İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi. İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% İLKİN ÖDƏNİŞ etməklə müştərilərini ev sahibi etmək niyyətindədir.

"Qafqazinfo" xəbər verir ki, Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ isə sadəcə 8% təşkil edir. 

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən İpoteka kreditinin rəsmiləşdirilməsi üçün aşağıdakı ilkin sənədlər tələb olunur:

Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Asan imza və ya Elektron imza

Yuxarıdakı güzəştli şərtlərdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını dolduraraq Bank of Baku-ya müraciət edə bilər. 

İpoteka krediti haqqında daha ətraflı məlumat almaq istəyənlər, 145 Məlumat Mərkəzinə zəng edə və ya banka yaxınlaşa bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku