Baş nazir işçilərlə cinsi əlaqəni qadağan etdi

bas-nazir-iscilerle-cinsi-elaqeni-qadagan-etdi
Oxunma sayı: 3275

Avstraliyanın baş naziri Malkom Turnbull millət vəkili və nazirlərin işçiləri ilə cinsi münasibətdə olmasını qadağan etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin belə addım atmasına köməkçisi Barnaby Coysun öz işçisi ilə şəxsi münasibətdə olmağı səbəb olub. 

Turnbull “Evli və ya subay deputatlar öz işçiləri ilə cinsi əlaqədə ola bilməzlər” deyərək, bu halın heç də yaxşı nəticələnməyəcəyini də əlavə edib.

Ülviyyə