Baş nazir ona niyə əsəbiləşib?

bas-nazir-ona-niye-esebilesib
Oxunma sayı: 631

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Alasaniya müdafiə naziri vəzifəsində saxlanılmaqla baş nazirin müavini səlahiyyətindən məhrum edilib. Baş nazir Bidzina İvanişvilinin müvafiq əmri Gürcüstan hökumətinin rəsmi saytında yerləşdirilib.

Əmrdə İrakliya Alasaniyanın baş nazirin müavini vəzifəsindən kənarlaşdırılmasının səbəbləri açıqlanmır. Baş nazirin yeni müavinin adı qeyd olunmur.

Bəzi məlumatlara görə, bu qərara səbəb onunla İvanişvili arasında prezidentin gələcək səlahiyyətləri məsələsində baş tutan fikir ayrılığı olub. Belə ki, hazırki müdafiə naziri 2013-cü il oktyabr seçkilərində prezidentliyə namizəd omaq niyyətindədir.

Alasaniyanın özü jurnalistlərə açıqlamasında İvanişvili ilə aralarında xoşagəlməz danışığın olduğunu etiraf edib.