Baş nazir vətəndaşdan üzr istədi

bas-nazir-vetendasdan-uzr-istedi
Oxunma sayı: 650

Boqarıstanın baş naziri Boyko Borisov sosial mediada onu təhdid edən Vasili Kotzev adlı vətəndaşdan üzr istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Borisov polislər tərəfindən saxlanılan həmin şəxslə telefonla danışıb və belə bir təzyiqlə üzləşdiyi üçün ondan üzr istəyib.

Kotzev də hədəyə görə baş nazirdən üzr istəyib. O, daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Kotzev sosial mediada “Borisov, sənin zamanın bitir. Artıq xalqın tüfənglə, odunla “sevgisini” ifadə etməsinin zamanı çatır” deyə paylaşım edib.