Baş nazirə sui-qəsd hazırlayan snayper saxlanılıb

bas-nazire-sui-qesd-hazirlayan-snayper-saxlanilib
Oxunma sayı: 1654

Kataloniyanın hüquq-mühafizə orqanları İspaniya hökumətinin sədri Pedro Sançesə sui-qəsd planlaşdıran kişini saxlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan 63 yaşlı kişi mühafizəçi işləyib və silah üçün lisenziyası olub. 

İspaniya mətbuatının məlumatına görə, sui-qəsdin səbəbi hökumətin diktator Fransisko Frankonun qalıqlarını ekskumasiya etmək istəməsi olub. 

Saxlanılan şəxsin evində aparılan axtarış zamanı 16 ədəd silah, o cümlədən avtomat və snayper tüfəngi tapılıb.