Baş nazirin müavini məzuniyyətə çıxdı

bas-nazirin-muavini-mezuniyyete-cixdi
Oxunma sayı: 3495

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov məzuniyyətə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Ə. Əhmədovun 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilməsidir. 

O, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.